• Bakı C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

Bu gün geomaqnit qasırğası gözlənilir

CƏMİYYƏT

05 Yanvar 2026 | 17:20

Bu gün geomaqnit qasırğası gözlənilir

Bu gün G1-G2 səviyyəli geomaqnit qasırğası gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. 

Bildirilib ki, bu gün Yer orbitində G1-G2 səviyyəli geomaqnit qasırğası ehtimalı var.

Hesabat dövründə enerjisi 2 MeV-dən çox olan elektron seli yüksəlib, 10 MeV-dən çox enerji yüklü proton seli isə normal səviyyədə qalıb. Günəş küləyinin sürəti maksimal 884 km/san, planetlərarası maqnit sahəsi isə 12 nT-ə qədər yüksəlib. Hazırda sürət 450 km/san, maqnit sahəsinin maksimal göstəricisi 9.29 nT-dir.

Məlumata görə, 31 dekabr və 1 yanvarda baş verən Tac Kütlə Atılmalarının təsiri ilə bu gün də geomaqnit sahəsi qeyri-sabit olacaq. Daha sonra isə sahə sakit və qeyri-sabit dövrlər arasında dəyişəcək.


SON XƏBƏRLƏR

06 Yanvar 2026