• Bakı 19° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Moskvada Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirilir - YENİLƏNİB

SİYASƏT

30 Avqust 2022 | 14:06

Moskvada Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirilir - YENİLƏNİB

Moskvada Azərbaycan Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın görüşü keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya xarici işlər nazirliyinin Qəbullar Evində keçirilən görüşdə Azərbaycanı baş nazirinin müavini Şahin Mustafayev təmsil edir. Ermənistan tərəfdən isə görüşdə baş nazirin müavini Mqer Qriqoryan iştirak edir.

Qeyd edək ki, bu, Azərbaycan Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası sayca ikinci görüşdür. İlk görüş bu ilin mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutub.

Xatırladaq ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın görüşü Rusiya tərəfinin məşvərətçi yardımı ilə keçirilir. Mətbuata qapalı keçirilən görüşün yekunları ilə bağlı Rusiya XİN-nin məlumat yayacağı gözlənilir.

Onu da qeyd edək ki, Azərbaycan Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı Rusiya tərəfinin məşvərətçi yardıml ilə ikitərəfli komissiyanın yaradılması barədə razılıq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 26 noyabr 2021-ci il tarixli Soçi üçtərəfli razılaşmasına əsasən əldə olunub. (apa)

*** 11:32

Bu gün Moskvada Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli dövlət komissiyasının ikinci görüşünün keçirilməsi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası yayıb.

Qeyd edək ki, komissiyanın Azərbaycan tərəfdən həmsədri Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevdir. 24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan arasında Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində komissiya çərçivəsində ilk görüş keçirilib.

Tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026