• Bakı 27° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Bu ölkələr ABŞ-dən Ukrayna üçün silah almağa HAZIRDIR

DÜNYA

15 Iyul 2025 | 17:28

Bu ölkələr ABŞ-dən Ukrayna üçün silah almağa HAZIRDIR

Niderland və Danimarka ABŞ Prezidenti Donald Trampın təklif etdiyi plan çərçivəsində Ukrayna üçün Amerika silahlarının alınmasına hazır olduqlarını bildiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

“Danimarka Donald Trampın Ukrayna üçün silah alınması planında tam iştirak etməyə hazırdır və bunun üçün lazım olan vəsaiti ayıracaq,” – deyə krallığın xarici işlər naziri Lars Lokke Rasmussen bəyan edib.

Onun Niderlandlı həmkarı Kaspar Veldkamp isə bildirib ki, Niderland da bu təşəbbüsdə iştirak imkanını nəzərdən keçirir.

“Biz cənab Trampın açıqlamaları ilə bağlı nə edə biləcəyimizi araşdıracağıq və bu istiqamətdə hərəkət edəcəyik,” – deyə o qeyd edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

15 Iyul 2025