İsrailin maliyyə naziri Bezalel Smotriç İordan çayının qərb sahilində yeni İsrail qəsəbələrinin tikintisini təsdiqləyib.
Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, layihənin məqsədi İsrailin Maale Adumim və Qüds yaşayış məntəqələrini birləşdirəcək, bununla da İsrailin Şərqi Qüds ətrafındakı ərazisini genişləndirəcək qəsəbə tikməkdir.
Maliyyə naziri Maale Adumim ərazisində 3401 yeni yaşayış binasının və qonşu ərazidə daha 3515 yaşayış binasının tikintisini elan edib.
Beynəlxalq ictimaiyyət isə bu layihəni sülh prosesinə və Fələstin dövlətinin yaradılmasına maneə hesab edir.
Gülşən Şərif