• Bakı 12° C

    0.67 m/s

Bu ölkələr yox olmaq təhlükəsi ilə üz-üzədir

DÜNYA

11 Avqust 2021 | 01:08 | Müəllif: Subhan Mahmudov

Bu ölkələr yox olmaq təhlükəsi ilə üz-üzədir

Sakit okeanda yerləşən bəzi ada dövlətləri qlobal istiləşmə səbəbindən yox ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin alimləri “Guardian” nəşrinə məlumat veriblər.

Alimlər bildirib ki, bölgə ölkələri uzun müddətdir güclü dəniz çəkilmələrindən, siklonlardan, uzun müddət davam edən quraqlıqlardan və yeraltı suların şoranlaşmasından əziyyət çəkirlər. Mütəxəssislərin fikrincə, planetin istiləşməsi ilə belə kataklizmlər daha tez -tez baş verəcək.

“Greenpeace Australia Pacific” təşkilatının araşdırma mərkəzinin rəhbəri Nikola Kazule bildirib ki, bu hallar Kiribati, Vanuatu və Solomon adaları kimi dövlətləri yaşayış üçün yararsız əraziyə çevirəcək.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026