• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Fransa Belmondo ilə vidalaşdı – VİDEO

DÜNYA

09 Sentyabr 2021 | 21:44 | Müəllif: Subhan Mahmudov

Fransa Belmondo ilə vidalaşdı – VİDEO

Parisdə tanınmış aktyor Jan-Pol Belmondo ilə vida mərasimi keçirlib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, mərasimdə Fransa prezidenti Emmanuel Makron, Baş nazir də daxil olmaqla bir sıra hökumət üzvləri, ölkənin mədəniyyət, kino və idman ictimaiyyətinin nümayəndələri, həmçinin məhrumun ailəsi və yaxınları iştirak edib.

Tədbirdə sadə vətəndaşlar üçün də min nəfərlik yer ayrılıb. Mərasim zalına keçmək üçün mərhum aktyorun pərəstişkarları sübh tezdən növbə tutublar.

Xatırladaq ki, dünya kinematoqrafı tarixində özünəməxsus iz qoyan Jan-Pol Belmondo sentyabrın 6-da 88 yaşında vəfat edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026