• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

İranın ilk prezidenti vəfat etdi

DÜNYA

09 Oktyabr 2021 | 14:53 | Müəllif: Subhan Mahmudov

İranın ilk prezidenti vəfat etdi

İranın ilk Prezidenti Əbülhəsən Bənisədr bu gün Parisdəki xəstəxanalardan birində 88 yaşında vəfat edib. 

Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, məlumatı sabiq dövlət başçısının ailəsi yayıb.

O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Qeyd edək ki, Ə.Bənisədr 1979-cu ildə islam inqilabı nəticəsində iqtidara gələn ruhanilərin dəstəyilə 1980-ci ildə İranın ilk prezidenti seçilsə də, ona qarşı çıxan radikal islamçı zümrənin təzyiqilə elə növbəti il hakimiyyətdən gedib. O, ölkəni tərk etmək məcburiyyətində qalıb.

Sabiq Prezident Fransaya köçüb həyatının qalan hissəsini Parisdə yaşayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026