Dekabrın 25-də Günəşin partlaması ilə əlaqədar Yer kürəsində maqnit qasırğası gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz "Telegram" kanalında məlumat verib.
Məlumata görə, dekabrın 25-i günortadan sonra Günəşdən tac kütləsinin atılması Yerə çatacaq.
Bildirilib ki, bu, zəif və ya orta səviyyəli G1-G2 sinifli maqnit qasırğasına səbəb olacaq.
Mina Mikayılova