• Bakı C

    7.86 m/s

  • USD - 1.7

    EUR - 1.7708

    RUB - 1.7061

Tramp onu ABŞ Məxfi Xidmətinin rəhbəri təyin etdi

DÜNYA

23 Yanvar 2025 | 09:18

Tramp onu ABŞ Məxfi Xidmətinin rəhbəri təyin etdi

ABŞ prezidenti Donald Tramp ölkənin Məxfi Xidmətinin rəhbəri vəzifəsinə onu Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı qoruyan Şon Karranı təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində bildirib.

"Şon Karranı Amerika Birləşmiş Ştatlarının Məxfi Xidmətinin növbəti direktoru təyin etmək mənim üçün böyük şərəfdir", - deyə Tramp yazıb.

Onun sözlərinə görə, Karran hüquq-mühafizə orqanlarında 23 illik iş təcrübəsinə malikdir - o, 2001-ci ildə ABŞ Məxfi Xidmətində işə başlayıb.

"O, Pensilvaniya ştatının Batler şəhərində öz həyatını riskə ataraq məni qatilin gülləsindən xilas etməklə qorxmazlığını sübut etdi. Mən tam əminəm ki, Şon Amerika Birləşmiş Ştatlarının Məxfi Xidmətini əvvəlkindən daha güclü edəcək", - deyə Tramp qeyd edib.

Xatırladaq ki, 2024-cü il iyulun 13-də Batlerdə seçki mitinqi zamanı Trampa atəş açılıb. O, yüngül yaralanıb, qulağı zədələnib. Atəş açan - 20 yaşlı amerikalı Tomas Mətyu Kruks Məxfi Xidmət əməkdaşları tərəfindən öldürülüb. Sui-qəsd cəhdindən sonra Kimberli Çitl xidmətin direktoru vəzifəsindən istefa verib, onu müvəqqəti olaraq Ronald Rou əvəz edib.


SON XƏBƏRLƏR

22 Yanvar 2025