Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas yanvarın 24-də Türkiyəyə rəsmi səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
Ali nümayəndə bu səfərin vaxtının yetişdiyini vurğulayıb:
"Türkiyə strateji tərəfdaş və xüsusilə, regional məsələlərdə mühüm oyunçu, həmçinin Aİ üzvlüyünə namizəddir. Artıq Türkiyəyə səfər etməyin vaxtıdır. Biz regional təhlükəsizlik kimi müxtəlif məsələlər üzrə əməkdaşlığı müzakirə edə bilərik".