• Bakı C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.77

    RUB - 1.7128

İsrail HƏMAS-ın dörd əsiri azad edəcəyini ümid edir

DÜNYA

23 Yanvar 2025 | 13:01

İsrail HƏMAS-ın dörd əsiri azad edəcəyini ümid edir

İsrail rəsmiləri HƏMAS hərəkatının razılaşmasına əsasən, gələn şənbə günü daha dörd əsiri azad edəcəyini gözləyirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı "The Jerusalem Post" qəzeti adlarının açıqlanmadığı İsrail rəsmilərinə istinadla yayıb.

Təl-Əviv HƏMAS-dan razılaşmanın ilk 42 günlük mərhələsi çərçivəsində azad ediləcək girovların siyahısını və onların sağlamlıq vəziyyəti ilə bağlı ətraflı məlumat əldə etməyə ümid edir. Bir həftə əvvəl əldə edilən razılaşmaya əsasən həmin siyahı atəşkəsin yeddinci günü qarşı tərəfə təqdim edilməlidir.

Xatırladaq ki, yanvarın 15-də Qətərin paytaxtı Dohada HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəs sazişi imzalanıb. Bu sazişin ilk mərhələsi 42 gün müddətində 2 min fələstinli girovun qarşılığında 33 israilli əsirin azad olunmasını nəzərdə tutur.

Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Taninin verdiyi açıqlamaya görə, razılaşmanın ikinci mərhələsi Qəzza sektorunun bərpasına yönələcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR