Milli MMəclisin yaz sessiyasında yeni nəsil rəqəmsal hüquqlarla bağlı qanun layihəsi hazırlanacaq.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün İş Planına daxil edilib.
Sessiyanın iş planı komitənin bu gün keçirilən iclasında müzakirə olunub. Qeyd edilib ki, yeni qanun layihəsi rəqəmsal məkanda vətəndaşlarının hüquqlarının qorunmasını nəzərdə tutacaq.