Türkiyənin Bolu vilayətində yerləşən hoteldə baş verən yanğında həlak olan Şevval Şahin həyatını xilas etmək üçün özünü 12-ci mərtəbədən aşağı atıb.
Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir ki, reanimasiyaya yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.
O, hotelin bufetində ofisiant işləyirmiş. 24 yaşlı Şevval 1,5 ay əvvəl işə başlamışdı.
Məlumata görə, Şevval Şahin yanğın zamanı atası ilə videozəng vasitəsilə əlaqə saxlayıb və pəncərədən tullanmaq qərarını onunla danışarkən verib. O, atası ilə telefonla danışdıqdan sonra özünü yanan hotelin 12-ci mərtəbəsindən aşağı atıb.
Xatırladaq ki, yanğında 79 nəfər həyatını itirib.