• Bakı C

    7.86 m/s

  • USD - 1.7

    EUR - 1.7708

    RUB - 1.7061

Bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara baxış keçirilib - YENİLƏNİB

SİYASƏT

23 Yanvar 2025 | 10:00

Bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara baxış keçirilib - YENİLƏNİB

Bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bələdiyyə seçkilərində veb-kameraların tətbiqini birgə layihə çərçivəsində və sıx əməkdaşlıq şəraitində gerçəkləşdirən qurumların rəhbərlərinə veb-kameraların quraşdırılması, tənzimlənməsi və seçki gününə tam hazır vəziyyətə gətirilməsi ilə bağlı atılan yekun addımlar barədə məlumat verilib.

Mütəxəssislərlə söhbət zamanı veb-kameraların seçkilərin şəffaflığının təmin olunmasındakı mühüm rolu bir daha vurğulanaraq, veb-kameraların quraşdırılması və tənzimlənməsi prosesində qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsinin vacibliyi diqqətə çatdırılıb və zəruri tövsiyələr verilib.

Daha sonra jurnalistlər üçün keçirilən brifinqdə bildirilib ki, Azərbaycanda keçirilən seçkilərdə bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən geniş və səmərəli istifadə edilməklə, səsvermə günü də aşkarlığın və şəffaflığın böyük miqyasda təminatına nail olunub.

Diqqətə çatdırılıb ki, Mərkəzi Seçki Komissiyası veb-kameraların səsvermə günü aşkarlığın və şəffaflığın təmin olunmasındakı müstəsna rolunu nəzərə alaraq, qarşıdan gələn bələdiyyə seçkilərində də 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılmasına qərar verib və həmin məntəqələrin siyahısı rəsmi dərc olunub.

Seçki günü internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də xaricdən Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, müasir standartlara cavab verən və ən yüksək görüntü effektinə malik bu veb-kameralar vasitəsilə seçki məntəqəsindəki bütün prosesləri - səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini canlı və fasiləsiz müşahidə edə bilərlər.

Brifinqdə həmçinin bələdiyyə seçkiləri ilə bağlı tamamilə yekunlaşmaqda olan hazırlıq işlərinin gedişatı barədə məlumat verilib və media mənsublarının sualları cavablandırılıb.

***

09:40

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, baxış prosesində MSK sədri Məzahir Pənahov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev iştirak edib.

Onlar proseslərin gedişi ilə yaxından tanış olub, seçkilərin şəffaflığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edən veb-kameraların quraşdırılmasında seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət olunmasının önəmi vurğulanıb və zəruri tövsiyələr mütəxəssislərin diqqətinə çatdırılıb.


SON XƏBƏRLƏR

22 Yanvar 2025