Yəməndə husilər kimi tanınan “Ənsarallah” təşkilatı ABŞ-nin xarici terror təşkilatları siyahısına əlavə edilib.
Bakıvaxtı.az CNN-ə istinadla xəbər verir ki, bu barədə Donald Tramp qərar imzalayıb.
Tramp açıqlamasında hakimiyyətdə olduğu zaman səlahiyyət müddətinin son günlərində husiləri siyahıya əlavə etdiyini, lakin Bayden administrasiyasının husiləri siyahıdan çıxardığını qeyd edib.
O, bu təşkilatın İran tərəfindən maliyyələşdirildiyi, terrorçuluq fəaliyyətini yaymaqda rol oynadığını vurğulayıb.
Əli Hüseynov