On minlərlə cinayətkar - terrorçu və qatillər ABŞ ərazisindədir və ölkənin hər yerində sərbəst gəzirlər.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
O, andiçmə mərasimindən sonra Fox News-a verdiyi ilk müsahibəsində “Ölkəmizdə minlərlə terrorçu, on minlərlə qatil var” deyərək, cinayətkarların “azadlıqda və ölkədə dolaşdığını” qeyd edib.
“Onların 48%-i bir və ya daha çox insanı öldürüb, onlar başqa ölkələrdəki həbsxanalardan çıxıblar və ABŞ-də gəzirlər”, - Tramp vurğulayıb.
“Mən başqa ölkənin prezidenti və ya baş naziri olsaydım, həbsxanalarımı boşaldar və cinayətkarların birbaşa ABŞ-yə axınına icazə verərdim, niyə də olmasın? Və çoxları bunu etdi”, - Tramp deyib.
Respublikaçı prezident bu vəziyyəti demokrat Co Baydenin əvvəlki administrasiyasının siyasəti ilə əlaqələndirib.
“İnanıram ki, bu rəqəm 21 milyon insandır, onların böyük faizi bütün dünyadan olan cinayətkarlardır. Bayden bunun baş verməsinə icazə verdi. Demokratlar buna icazə verdilər. İndi də buna haqq qazandırmağa çalışırlar, amma buna haqq qazandırmaq olmaz. Bunun baş verməsinin yalnız iki səbəbi var: axmaqlıq və ya ölkənizə nifrət etmək”, - prezident vurğulayıb.