Saat 16:00-a olan məlumata əsasən bəzi yerlərdə arabir yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Gəncə, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Bərdə, Mingəçevir, Yevlax, Tərtər, Goranboy, Göyçay, Kürdəmir, Sabirabadda arabir yağış, Altıağacda isə qar yağır.
Cənub-şərq küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Altıağacda 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şahdağda 18 m/s, Xaltan və Kəlbəcərdə 17 m/s-yə çatıb.
Naftalan, Daşkəsən, Şəki, Qax, Şəmkir, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Aran rayonlarında 9 , Naxçıvan MR-da 2 dərəcəyədək isti, dağlıq rayonlarda isə 3 dərəcəyədək şaxta qeydə alınıb.
***
09:43
Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı olub.
Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5, Quba, Qobustan, Kürdəmir, Sabirabad, Neftçala, Göyçay, Astarada 1 mm-dir.
Cənub-şərq küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Şahdağda 20 m/s, Bakıda və Abşeron yarımadasında eyni zamanda Xaltanda 16 m/s-dək güclənib.
Daşkəsən, Göygöl, Şamaxı, Xaltan, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb