ABŞ-də liseyə silahlı hücum olub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Tennessi ştatının Neşvill şəhərində qeydə alınıb.
Məlumata görə, 17 yaşlı Solomon Henderson yerli vaxtla saat 11:09-da məktəbin bufetinə gələrək, əlindəki silahla iki şagirdi yaralayıb, sonra isə özünü güllələyib. Hücum edənin hadisə yerində öldüyü, ağır yaralanan 16 yaşlı Josselin Corea Escalante isə Vanderbilt Universitetinin Tibb Mərkəzinə aparıldıqdan sonra öldüyü bildirilir.
Hücum zamanı yaralanan daha bir tələbənin ölüm təhlükəsinin olmadığı bildirilib.
Antakya Liseyi hadisə ilə əlaqədar məktəbdə təhsilin iki gün müddətinə dayandırıldığını açıqlayıb.
Murad Məmmədli