• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanlılar mənim üçün yad deyillər - Kavelaşvili

DÜNYA

21 Fevral 2025 | 23:43 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlılar mənim üçün yad deyillər - Kavelaşvili

Gürcüstanda çox sayda azərbaycanlılar yaşayır. Ölkənin bugünkü inkişaf mərhələsində onların rolu böyükdür.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili Real TV-yə müsahibəsində deyib.

O, Gürcüstan azərbaycanlıları arasında dostlarının olduğunu bildirib:

“Mənim şəxsən Gürcüstan vətəndaşı olan azərbaycanlılarla əlaqələrim var. Uşaqlıqdan birlikdə böyüdüyüm dostlarım var. Onlar mənim üçün yad deyillər, əksinə biz bir yerdə böyümüşük. Ölkə olaraq bu yolu birlikdə gəlirdik. Biz qafqazlıyıq və ən əsası dəyərlərimizi, dostluğumuzu, ailə müqəddəsliyini qoruyuruq. Biz bu münasibətimizi başqaları ilə bölüşə bilərik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR