• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Husilər Təl-Əvivdəki Ben-Qurion aeroportuna hücum ediblər

DÜNYA

23 Mart 2025 | 21:35 | Müəllif: Subhan Mahmudov

Husilər Təl-Əvivdəki Ben-Qurion aeroportuna hücum ediblər

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının (husilər) tərəfdarları Təl-Əvivdəki Ben-Qurion aeroportuna hipersəs ballistik raket vasitəsilə zərbə endiriblər.

Bakıvaxtı.az xəbər verir ki, üsyançılar tərəfindən formalaşdırılmış silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria belə bir bəyanatla çıxış edib.

“Silahlı qüvvələrin raket qoşunları işğal olunmuş Yaffa bölgəsindəki (Təl-Əviv nəzərdə tutulur – red.) Ben-Qurion aeroportuna “Fələstin-2” tipli hipersəs ballistik raketi ilə zərbə endirib”, – Saria bildirib.

Xatırladaq ki, martın 22-də “Ənsar Allah” hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına, həmçinin “USS Harry Truman” aviadaşıyıcısının başçılıq etdiyi Amerika aviadaşıyıcı qrupuna zərbələr endirdiklərini bildirmişdilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026