• Bakı 14° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Türkiyədə ağır yol qəzası: ölənlər və yaralananlar var

DÜNYA

22 Aprel 2025 | 20:52

Türkiyədə ağır yol qəzası: ölənlər və yaralananlar var

Türkiyənin Van şəhərində ağır yol qəzası baş verib.

Bakıvaxtı.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə Gürpınar rayonunda qeydə alınıb.

Qəza nəticəsində yeddi nəfər ölüb, 12 nəfər yaralanıb. 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Məlumata görə, yaralananlardan dördünün durumu ağırdır.

Qəza yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Hadisə ilə bağlı araşdırma başlanılıb.


SON XƏBƏRLƏR

22 Aprel 2025