• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Xəzər dənizi 2050-ci ilədək kritik səviyyəyə düşə bilər

DÜNYA

22 Aprel 2025 | 18:20

Xəzər dənizi 2050-ci ilədək kritik səviyyəyə düşə bilər

Qazaxıstanlı alimlərin araşdırmalarına görə, Xəzər dənizinin səviyyəsi sabit enmə meylinə malikdir və 2050-ci ilə qədər mənfi 33 metrə yaxınlaşa bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev bildirib.

“Xəzərin tarixinə nəzər salsaq, dəniz səviyyəsinin mənfi 28,5 metrə enməsi artıq həm onun ekosistemi, həm də dəniz təsərrüfatı üçün kritikdir”, - deyə o qeyd edib.

Bununla əlaqədar olaraq, su anbarının dayazlaşmasının səbəb və nəticələrini öyrənmək üçün ötən il Qazaxıstanda Xəzər dənizi Elmi Tədqiqat İnstitutu yaradılıb.


SON XƏBƏRLƏR