Rusiyanın Vladimir vilayətinin Kirjaç rayonunda partlayış baş verib, həmin ərazidə fövqəladə vəziyyət elan edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə çevik reaksiya qüvvələri cəlb edilib, müvafiq qurumlar işləyir.
Ətraf ərazilərdən sakinlərin təxliyəsi həyata keçirilir.
Partlayışın hansı səbəbdən baş verdiyi hələ ki, açıqlanmır.