• Bakı 16° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Vens Hindistanı F-35 almağa çağırdı

DÜNYA

22 Aprel 2025 | 18:47

Vens Hindistanı F-35 almağa çağırdı

İnanıram ki, XXI əsrin gələcəyi ABŞ-Hindistan tərəfdaşlığının gücü ilə müəyyənləşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Hindistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyindən danışarkən deyib.

“Birlikdə işləyə bilməsək, XXI əsr bütün bəşəriyyət üçün çox çətin ola bilər”, - Vens bildirib.

ABŞ vitse-prezidenti Nyu Dehlini F-35 qırıcılarını almağa çağırıb:

“İstəyirik ki, ölkəniz dünyanın ən yaxşısı olduğuna inandığımız silahlarımızdan daha çox alsın. Amerikanın beşinci nəsil F-35-ləri Hindistan Hərbi Hava Qüvvələrinə səmalarını və vətəndaşlarını qorumaq imkanı verəcək”./axar.az


SON XƏBƏRLƏR