• Bakı C

    7.86 m/s

  • USD - 1.7

    EUR - 1.7708

    RUB - 1.7061

Hotellərimizdə təhlükəsizlik məsələsi nə yerdədir? - Qonaqların sayı artdıqca...

CƏMİYYƏT

23 Yanvar 2025 | 09:25

Hotellərimizdə təhlükəsizlik məsələsi nə yerdədir? - Qonaqların sayı artdıqca...

Xəbər verdiyimiz kimi, Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, yanğın nəticəsində 79 nəfər həyatını itirib.

Qardaş ölkədə baş verən bu bədbəxt hadisə hotellərdə olan təhlükəsizlik məsələlərini gündəmə gətirib.

Bəs Azərbaycan hotellərində vəziyyət necədir? Bu kimi hadisələrin baş verməməsi üçün tədbirlər görülürmü?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Göydəniz Qəhrəmanov bildirib ki, Azərbaycanda hotellərin inşası zamanı xüsusi olaraq təhlükəsizlik məsələlərinə diqqət yetirilir və bunu həm Fövqaladə Hallar Nazirliyi, həm də digər dövlət qurumları daim nəzarətdə saxlayırlar.

Göydəniz Qəhrəmanov: Hotellərdə təhlükəli vəziyyətlərin baş verməməsi üçün tədbirlər görürlər

Müsahibimiz Azərbaycanda hotellərdə bədbəxt hadisələrin baş verməməsi üçün təhlükəsizlik məsələlərinin daim diqqətdə saxlanıldığını vurğulayıb. G.Qəhrəmanov qeyd edib ki, yeni açılan hotellərin sahibkarları təcrübəli mütəxəssislərə müraciət etməli, təmir zamanı, fəaliyyət göstərən zaman hotelin restoranında, mətbəxində işıqların gərginliyi məsələləri mütəxəsislər tərəfindən daima yoxlanılmalı və əgər hansısa risklər varsa, öncədən qarşısı alınmalıdır:

“Çünki burada insanların həyatından söhbət gedir. Ona görə daha düzgün olar ki, mütəxəssislər bu məsələlərə fikir versinlər, təcrübəli insanlar baş verə biləcək hadisələri nəzərdən keçirsin, təhlükəsizlik məsələləri, yanğına qarşı məsələlər diqqətdə saxlanılsın”.

Müsahibimiz nəzərə çatdırıb ki, hotellərdə qonaqların sayı artdıqca istər-istəməz işıqların gərginliyi yüklənir, mətbəxin yükü daha da çoxalır və nəzarətsiz qaldıqda bədbəxt hadisələr baş verir:

“Bizdə bu məsələlərlə bağlı bir problem yoxdur. Hotellərdə təhlükəli vəziyyətlərin baş verməməsi üçün tədbirlər görürlər. Amma yeni açılan hotellərdə, gələcəkdə sahibkarların açacaqları hotellərdə bu məsələlər diqqətdən keçirilməlidir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

22 Yanvar 2025