• Bakı C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.77

    RUB - 1.7128

Aİ Suriyaya tətbiq olunmuş sanksiyaları yumşaltmağa hazırdır

DÜNYA

23 Yanvar 2025 | 13:05

Aİ Suriyaya tətbiq olunmuş sanksiyaları yumşaltmağa hazırdır

Avropa İttifaqı Suriyaya tətbiq olunmuş sanksiyaların yumşaldılmasını müzakirə etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində danışıb.

O qeyd edib ki, hazırda Suriyanın doğru yolda olub-olmaması barədə bir şey demək üçün tezdir:

"Biz Suriyadakı hökumətin daha əhatəli, hərtərəfli olduğunu görmək istəyirik. Yəni orada heç bir radikallaşma görmək istəmirik. Ölkənin sabit olması hər kəsin marağındadır. Sanksiyaların yumşaldılmasını müzakirə etməyə hazırıq, lakin bunu mərhələli şəkildə edəcəyik. Yəni doğru yolda irəliləsələr, biz də öz üzərimizə düşən addımları atmağa hazırıq".

K.Kallas vurğulayıb ki, Suriyanın yeni müvəqqəti hökuməti yanlış istiqamətdə addımlar atarsa, Aİ geri çəkiləcək və bəzi sanksiyaları yenidən tətbiq etməyə hazır olacaq:

"Suriya məsələsini yanvarın 27-də müzakirə edəcəyik. Aİ xarici işlər nazirlərinin toplantısı olacaq və müzakirə edəcəyimiz mövzulardan biri də budur. Biz Suriyanı yenidən qurmaq üçün üzərimizə düşəni etməyə hazırıq".


SON XƏBƏRLƏR