• Bakı C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.77

    RUB - 1.7128

Bayden-Blinken administrasiyasının nankorluğu: Azərbaycanın Tramp hökuməti ilə əlaqələri...

SİYASƏT

23 Yanvar 2025 | 13:00

Bayden-Blinken administrasiyasının nankorluğu: Azərbaycanın Tramp hökuməti ilə əlaqələri...

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, ölkəmizin başçısı Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərildiyini, bunun nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürükləndiyini söylənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.

Bu qərəzli yanaşmanın səbəbi nə olub? Tramp administrasiyasının bu səpkidə mövqeyi hansı istiqamətdə olacaq?

Mövzu iıə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin sədri Arzu Nağıyev bildirib ki, İlham Əliyevin Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşü zamanı səsləndirdiyi bu fikirin yaranmasında əsas səbəb Bayden-Blinken administrasiyasının Ermənistan tərəfinə göstərdiyi dəstək və yardımların, eyni zamanda, rəsmi İrəvanla Baydenin prezidentlik dönəminin bitməsinə yaxın bir zamanda müqavilənin imzalanması olub:

"Bayden-Blinken administrasiyasının Ermənistan tərəfinə dəstək verməsi, xüsusilə son dövrlərdə ABŞ-nin Ermənistana göstərdiyi iqtisadi, hərbi və siyasi dəstək Azərbaycan tərəfindən ciddi narazılıqla qarşılanıb. Sözügedən addımlar ABŞ-nin münaqişənin həlli ilə bağlı tərəfsiz və balanslı yanaşmasını zədələyib, nəticədə Azərbaycan hökuməti tərəfindən ABŞ-nin ölkəmizə qarşı daha çox qərəzli mövqe sərgilədiyi düşünülüb. 907-ci düzəliş isə ABŞ-nin Azərbaycana hərbi yardım etməsini qadağan edən qanunvericilikdir və bu düzəlişin bərpası rəsmi Vaşinqtonun Azərbaycana qarşı qərəzli mövqeyinin açıq bir göstəricisi olaraq qiymətləndirilir. Bu, həm də Azərbaycanın ABŞ ilə olan əlaqələrinin böhranlı vəziyyətə düşməsinə səbəb olub. Bütün göstərilən yardımların adını "humanitar paket" qoysalar da, hər şey ortadadır".

Arzu Nağıyev: İlham Əliyevin diplomatik uğurları ABŞ-Azərbaycan münasibətləri üçün vasitədir

Onun sözlərinə görə, erməni diasporunun Ermənistana göstərdiyi yardımların leqallaşdırılmasında Bayden-Blinken administrasiyası qərəzli mövqe göstərib. Bu addımların hamısı ölkəmizə qarşı törədilən təxribat kimi qiymətləndirilməlidir:

"lk növbədə, erməni diasporunun Ermənistana verdiyi yardımların leqallaşdırılması və Bayden-Blinken administrasiyasının bu məsələyə münasibəti ilə bağlı ifadə edilən qərəzli mövqe məsələsi çox vacibdir. Bu, yalnız Azərbaycanın deyil, həm də ümumilikdə Cənubi Qafqaz regionundakı balansın pozulmasına səbəb olan bir addım kimi qiymətləndirilir. Bayden-Blinken administrasiyasının erməni lobisinin təsiri altında qalması ABŞ-nin Azərbaycana qarşı ədalətsiz və qeyri-adekvat yanaşmasını təmin edib. Azərbaycanın isə bu yanaşma ilə bağlı ciddi narazılığı var, çünki ABŞ-nin müstəqil və suveren ölkə kimi Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə etməsi bu münasibətləri gərginləşdirib".

Yeni administrasiyanın hakimiyyətə gəldiyini xatırladan deputatının fikrincə, ölkəmizin Tramp hökuməti ilə müsbət tendensiyada inkişaf edən əlaqələri davam edəcək:

"Zənnimcə, ölkəmizin perspektivində həyata keçirilən addımlar ABŞ rəhbərinin yeni prezidentliyi dövründə də davam etdiriləcək. Qeyd edim ki, ortada regional maraqlar mövcuddur. Regionda lider dövlət isə Azərbaycandır. Azərbaycan Cənubi Qafqazda, həmçinin Şərqi Avropada da güclü təsir sahəsinə malikdir. ABŞ-nin bu regionda güclü bir tərəfdaşa ehtiyacı olduğu üçün Azərbaycanın rolu daha da artacaq. Həmçinin, İlham Əliyevin diplomatik uğurları və regiondakı mövqeyi ABŞ-nin bu münasibətləri gücləndirmək üçün mühüm amillərdən biridir".

Əli Hüseynov


SON XƏBƏRLƏR