• Bakı 18° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Azərbaycan və Serbiya artilleriyaçılarının birgə taktiki təlimi keçirildi - VİDEO+FOTOLAR

CƏMİYYƏT

28 Oktyabr 2025 | 17:21

Azərbaycan və Serbiya artilleriyaçılarının birgə taktiki təlimi keçirildi - VİDEO+FOTOLAR

Azərbaycan ilə Serbiyanın Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin artilleriyaçılarının iştirakı ilə birgə taktiki təlim keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Serbiyada keçirilən taktiki təlimdə artilleriya bölmələri tərəfindən özüyeriyən haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edilib.

NORA B-52 artilleriya qurğularından atəş təlimində hədəflər sərrast artilleriya atışları ilə məhv edilib, qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Qarşılıqlı təcrübə mübadiləsi məqsədilə keçirilən təlimdə əsas diqqət komandir heyətinin bilik və bacarıqlarının, həmçinin şəxsi heyətin səhra və praktiki vərdişlərinin artırılmasına, döyüş əməliyyatları zamanı bölmələrin fəaliyyətlərinin planlaşdırılmasına yönəldilib.


SON XƏBƏRLƏR