• Bakı C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.77

    RUB - 1.7128

Cavad Zərif: Biz başqa dövlət üçün təhlükə mənbəyi deyilik

DÜNYA

23 Yanvar 2025 | 11:35

Cavad Zərif: Biz başqa dövlət üçün təhlükə mənbəyi deyilik

İran başqa dövlət üçün təhlükə mənbəyi deyil.

Bakıvaxtı.az İRNA-ya istinadən xəbər verir ki, bunu İranın strateji məsələlər üzrə prezident müavini Məhəmməd Cavad Zərif Davosda İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran nüvə silahı yaratmağa cəhd göstərmir:

“Əgər doğrudan da nüvə silahı əldə etməyə çalışsaydıq, onu çoxdan reallaşdırmışdıq”.

M.Zərif deyib ki, nüvə silahları beynəlxalq nəzarət altında olan obyektlərdə deyil, gizli laboratoriyalarda hazırlanır:

“Biz sülh yolu ilə həllin tərəfdarları kimi təəccüblənirik ki, "İranın nüvə bombasına sahib olmasına bir neçə gün qalıb” fikrini kim təsdiqləyib”.


SON XƏBƏRLƏR