ABŞ Dövlət katibi Marko Rubio Prezident Donald Trampın Vaşinqtonun Panama kanalı üzərində nəzarəti əldə etməsinin zəruriliyi barədə bəyanatlarından sonra Panamaya səfər etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, yeni Dövlət Departamenti rəhbərinin ilk xarici səfəri Tramp və onun administrasiyasının Panama kanalı ilə bağlı bəyanatlarının ciddiliyini vurğulamalıdır.
Rubio Latın Amerikasına səfəri çərçivəsində Panamadan əlavə Qvatemala, Kosta-Rika və Salvadora da səfər etməyi planlaşdırır.