• Bakı 12° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Azərbaycanla İran arasında əməkdaşlıq sənədi İMZALANDI

SİYASƏT

22 Yanvar 2025 | 21:44 | Müəllif: Subhan Mahmudov

Azərbaycanla İran arasında əməkdaşlıq sənədi İMZALANDI

Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalanıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

    Bu gün Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasına yekun vurulub.

    Birgə İqtisadi Komissiyasının həmsədrləri — Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin iştirakı ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında adıçəkilən komissiyanın 16-cı iclasının Protokolu imzalanıb.

    İki ölkə arasında nəqliyyat, enerji, neft-qaz, su və kənd təsərrüfatı sahələrində əməkdaşlıqla bağlı bir sıra mühüm razılaşmalar əldə olunub.

    Eyni zamanda, tərəflər arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün preferensial ticarət müqaviləsinin mümkün qədər tez imzalanması barədə razılığa gəlinib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    03 Noyabr 2026