• Bakı C

    15.07 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 1.9776

Bütün səfirləri ölkənin daxili işlərinə qarışmamağa çağırdı

DÜNYA

04 Aprel 2025 | 12:25

Bütün səfirləri ölkənin daxili işlərinə qarışmamağa çağırdı

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədəki bütün səfirləri "Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası" çərçivəsində qalmağa və ev sahibi ölkənin daxili işlərinə qarışmamağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, o bu müraciəti brifinqdə edib.

Jurnalistlər parlament sədrindən Fransa səfirinin Gürcüstanda böhran olması barədə fikirlərini şərh etməyi istəyiblər.

Papuaşvili bildirib ki, diplomatik missiya nümayəndəsinin dövlətin daxili işlərinə müdaxiləsi beynəlxalq hüququn pozulmasıdır. O, Fransa səfirinin son bəyanatlarına cavab olaraq bildirib ki, Fransanın diplomatları, eləcə də digər səfirliklər Gürcüstanda radikal qüvvələrə dəstək göstərirlər.

“Fransa səfirinin açıqlamalarına dəfələrlə cavab verdim və onların Gürcüstanda radikal qüvvələrə xüsusi dəstək verdiyini gördük. Mən həm Fransanı, həm də digər səfirlikləri Gürcüstan Parlament Sarayına edilən hücumu pisləməyə və bu davranışlardan uzaqlaşmağa çağırdım. 31 martda baş vermiş hücumdan sonra parlament binasında zərər dəyib və 2019-cu ildə parlamentə edilən hücum nəticəsində yarım milyon lari ziyan olub”, - deyə Ş.Papuaşvili vurğulayıb.

O, bütün diplomatları, xüsusilə Fransa səfirini "Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası"nın 41-ci maddəsinə uyğun davranmağa və ev sahibi ölkənin daxili işlərinə müdaxilə etməməyə çağırıb.

“Təəssüf ki, diplomatik nümayəndəliklərdən bəziləri beynəlxalq hüququn onlara qoyduğu məhdudiyyətləri nəzərə almayaraq, Gürcüstanın daxili işlərinə müdaxilə etməyi azad sayırlar. Onların qeyri-qanuni şərhləri və Gürcüstanın parlamentinə, ədliyyə sisteminə hücumları qəbuledilməzdir”, - deyə sədr qeyd edib.


SON XƏBƏRLƏR

09 Aprel 2025