• Bakı 27° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

"Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi

ŞOU

23 Iyul 2026 | 19:31

Çəhrayı pantera ilə tanınan ifaçı vəfat etdi

Amerikalı caz musiqiçisi və saksofon ifaçısı Plas Conson 94 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Los-Ancelesdə fəaliyyət göstərən "KKJZ" caz radiosu məlumat yayıb. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Plas Conson Çarlz Braun, Peqqi Li, Net Kinq Koul, Frenk Sinatra kimi dünya şöhrətli musiqiçilərlə çalışıb. O, daha çox "Çəhrayı pantera" cizgi filminin məşhur əsas musiqisinin ifaçısı kimi tanınıb./Axşam.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR