• Bakı 15° C

    6.82 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Cəmiyyətdə neqativ xəbər axınına qarşı informasiya immuniteti gücləndirilir

MEDİA

02 May 2025 | 10:45

Cəmiyyətdə neqativ xəbər axınına qarşı informasiya immuniteti gücləndirilir

“Vətən müharibəsində ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmaq üçün informasiya cəbhəsində çalışan jurnalistlə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış prosesi barədə materiallar hazırlayır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, informasiya mühitimizə kənar müdaxilələrə vaxtında və layiqli cavab verərək dezinformasiya axınının zərərli təsirlərinin azaldılmasında maarifçilik fəaliyyətini davam etdirir:

“Öz növbəsində, son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkil edilməsinin nəticəsidir ki, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunur, cəmiyyətdə neqativ xəbər axınına qarşı dayanıqlı təbii müqavimət – informasiya immuniteti gücləndirilir. Yeri gəlmişkən, həmişə hər bir mətbuat qurumunu, ilk növbədə, obyektiv və qərəzsiz olmağa səsləyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın vurğuladığı kimi, mətbuat öz xalqının və dövlətinin maraqlarını hər şeydən üstün tutmalıdır və cəmiyyətdə mərhəmət, ədalət prinsiplərini təbliğ etməlidir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR