Cənubi Afrika Respublikasının KvaZulu-Natal əyalətində baş verən yol qəzasında ilkin məlumata görə, 8 nəfər həyatını itirib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, əyalətin şimalındakı Mandeni bölgəsi yaxınlığında N2 şosesində minik avtomobili ilə yük maşını toqquşub.
Qəzada avtomobildə olan 8 nəfər həlak olub. Ağır xəsarət alan yük maşını sürücüsü xəstəxanaya aparılıb.
Qəzadan sonra N2 avtomobil yolunun bir hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.
Əli Hüseynov
















