• Bakı 20° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Cənubi Koreyada fəlakət vəziyyəti elan edildi

DÜNYA

22 Mart 2025 | 18:56

Cənubi Koreyada fəlakət vəziyyəti elan edildi

Cənubi Koreyanın Daxili İşlər və Təhlükəsizlik Nazirliyi insan tələfatına səbəb olan kütləvi meşə yanğınlarına görə ölkənin üç regionunda fəlakət vəziyyəti elan edib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirlyin məlumatında deyilir.

"Bu, yanğınla mübarizə üçün bütün mümkün resursları səfərbər etməyə imkan verəcək", - nazirlik bildirib.

Cənubi Koreya mətbuatının məlumatına görə, yanğınlar nəticəsində 4 xilasedici həlak olub, daha 6 nəfər yaralanıb.

"Yonhap" agentliyi 500 nəfərin təxliyə edildiyini, 260 nəfərin evsiz qaldığını və müvəqqəti sığınacaqlara yerləşdirildiyini açıqlayıb.

Qeyd olunur ki, yanğın olan ərazilərdə dəmir yolunun fəaliyyəti müvəqqəti dayandırılıb, magistral yollar bağlanıb.


SON XƏBƏRLƏR

23 Aprel 2025