• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyənin ilk milli rabitə peyki istifadəyə verildi

DÜNYA

21 Aprel 2025 | 17:55

Türkiyənin ilk milli rabitə peyki istifadəyə verildi

Türkiyənin ilk yerli və milli rabitə peyki olan "Türksat 6A" istifadəyə verilib.

Bakıvaxtı.az  "TRT Haber"ə istinadən xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Məlumata görə, fevralın 17-dən bəri "Türksat 6A" vasitəsilə icra edilən test yayımları uğurla tamamlanıb.

Peykin xidmət göstərdiyi ərazi Hindistan, Tailand, Malayziya və İndoneziyanı əhatə edəcək və ən azı 15 il müddətində xidmət göstərə biləcək.

Qeyd edək ki, bununla Türkiyə rabitə peyki istehsal edə bilən 11 ölkədən biri olub.

Xatırladaq ki, peyk 2024-cü il iyulun 9-da "SpaceX" şirkətinin ABŞ-nin Florida ştatında yerləşən "Cape Canaveral" buraxılış mərkəzindən "Falcon 9" raketi ilə kosmosa göndərilmişdi.


Türkiyənin ilk milli rabitə peyki istifadəyə verildiTürkiyənin ilk milli rabitə peyki istifadəyə verildiTürkiyənin ilk milli rabitə peyki istifadəyə verildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026