• Bakı 17° C

    9.57 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

İran Rusiya ilə tərəfdaşlığa başladı

DÜNYA

21 May 2025 | 15:35

İran Rusiya ilə tərəfdaşlığa başladı

İran parlamenti Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq sazişini təsdiqləyib.

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, Rusiya Dövlət Duması və Federasiya Şurası da sazişi təsdiqləyib.

Saziş iki ölkə arasında hərbi müdafiə, terrorizmlə mübarizə, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və mədəniyyət kimi müxtəlif sahələrdə hərtərəfli əməkdaşlığı əhatə edir.

Rusiya və İran 2021-ci ildən bəri strateji və ticarət sahələrində əməkdaşlığı nəzərdə tutan uzunmüddətli strateji əməkdaşlıq sazişi üzərində işləyir.

Yanvarın 17-də İran prezidenti Məsud Pezeşkian və Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında saziş imzalayıblar.

Elşən Məmmədzadə

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az


SON XƏBƏRLƏR