• Bakı 15° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.0781

Varşava: Ukraynalılarla həmvətən kimi davranmağı dayandırın

DÜNYA

21 Aprel 2025 | 16:33

Varşava: Ukraynalılarla həmvətən kimi davranmağı dayandırın

"Polşa artıq ukraynalılarla həmvətən kimi davrana və onlara eyni imtiyaz və sosial təminat verə bilməz". 

Bakıvaxtı.az Britaniyanın "Financial Times" qəzetinə istinadən xəbər verir ki, bunu Varşava meri və hakim Vətəndaş Koalisiyasından Polşa prezidentliyinə namizəd Rafal Tşaskovski deyib.

O, açıqlamasında uşaq müavinətlərinin yalnız Polşada işləyən və vergi ödəyən ukraynalılara ödənilməsinə çağırıb.

"Biz ukraynalılara öz vətəndaşlarımız kimi yanaşırdıq. Bu, əvvəllər tərifəlayiq idi, lakin biz bunu əbədi davam etdirə bilmərik", - deyə Varşava meri bildirib.

Qeyd edək ki, Polşa hakimiyyəti 2022-ci ilin martında Ukrayna vətəndaşlarına yardım haqqında qanun qəbul edib. 2024-cü ilin iyul ayından Varşava bəzi müavinətlərin alınması üçün daha sərt şərtlər tətbiq edib. Hazırda Polşada 900 mindən çox ukraynalı qaçqın yaşayır. 

Gülşən Şərif


SON XƏBƏRLƏR