• Bakı 29° C

    1.84 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Tramp Heqseti  güclü şəkildə dəstəkləyir -  AĞ EV

DÜNYA

21 Aprel 2025 | 17:48

Tramp Heqseti güclü şəkildə dəstəkləyir - AĞ EV

Ağ Ev məlumat sızması ilə bağlı yayılan xəbərlər fonunda Prezident Donald Trampın ABŞ müdafiə naziri Pit Heqsetə tam dəstək verdiyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Levit “Fox News” kanalına açıqlamasında bildirib.

    Onun sözlərinə görə, Heqset fenomenal bir iş görür:

    "Prezident Heqseti güclü şəkildə dəstəkləyir. Bir daha qeyd etmək istərdim ki, çatlarda heç bir məxfi məlumat yerləşdirilməyib”, – Levit vurğulayıb.

    Qeyd edək ki, ABŞ müdafiə naziri Pit Heqset şəxsi telefonundan ABŞ-ın Yəməndəki hərbi əməliyyatları barədə məlumatı həyat yoldaşı və qardaşı da daxil olmaqla 13 nəfərlik “Signal” qrup söhbətinə göndərib. Bununla bağlı onun istefaya göndərilə biləcəyi ilə bağlı xəbərlər yayılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Avqust 2026