Rusiya Prezidenti Vladimir Putin Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin ratifikasiya edilməsi haqqında qanunu imzalayıb.
Bakıvaxtı.az “Kommersant”a istinadən xəbər verir ki, saziş 20 ili əhatə edir və müddəti uzadıla bilər.
Sənədə əsasən, tərəflərdən hər biri digər tərəfin xarici təhdidə məruz qalması halında, təcavüzkara yardım etməməli və münaqişənin BMT Nizamnaməsi əsasında nizamlanmasında maraqlı olmalıdır.
Qeyd edək ki, yanvarın 17-də Moskvada Rusiya və İran Prezidentləri Vladimir Putinlə Mısud Pezeşkian tərəfindən imzalanan sazişdə ümumilikdə 47 maddə mövcuddur. Rusiyanın Federal Şurası sazişi aprelin 16-da ratifikasiya edib. Dövlət Duması isə onu aprelin 8-də qəbul etmişdi. Ümumilikdə sənəd üzərində işlər 2022-ci ildən aparılırdı.