• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ceyhun Bayramov İsveçrəli həmkarı ilə görüşdü - YENİLƏNİB+FOTO

SİYASƏT

30 Noyabr 2023 | 17:18

Ceyhun Bayramov İsveçrəli həmkarı ilə görüşdü - YENİLƏNİB+FOTO

Noyabrın 30-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri və regional vəziyyət müzakirə edilib.

Nazir həmkarını post-münaqişə dövründə reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinin perspektivləri barədə ətraflı məlumatlandırıb.

Bölgədə sülhün alternativinin olmadığı, Ermənistan tərəfinin təxribatçı addımlardan çəkinəcəyinə ümidvar olduğumuz nazir tərəfindən vurğulanıb.

Görüşdə iki ölkə arasında gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

15:54

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin XİN rəhbəri Ignazio Cassis ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı “X” platformasında paylaşım edib.

    “Biz Azərbaycan-İsveçrə ikitərəfli münasibətlərinin perspektivlərini nəzərdən keçirdik və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (ATƏT Xarici İşlər Nazirləri Şurasının) iclası çərçivəsində ən aktual qlobal xarici siyasət məsələlərimizi geniş müzakirə etdik”, - nazir deyib.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024