• Bakı 26° C

    6.16 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Çinin cənub-qərbində 70 sərnişinli iki gəzinti gəmisi aşıb

DÜNYA

04 May 2025 | 20:53

Çinin cənub-qərbində 70 sərnişinli iki gəzinti gəmisi aşıb

Çinin cənub-qərb əyaləti Quiçjouda Liuçun çayında iki gəzinti gəmisinin aşması nəticəsində təxminən 70 nəfər suya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.

Bildirilib ki, hadisə Syansi şəhər dairəsində günorta saatlarında baş verib. Yerli vaxtla saat 19:00-a (Bakı vaxtı ilə 15:00) qədər xilasedicilər 50-dən çox insanı sudan çıxarıblar.

Axtarış-xilasetmə işləri davam edir.


SON XƏBƏRLƏR

28 Iyun 2025