• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

“Daha kreativ obraz yaratmaq olardı"  - Stilistdən “Eurovision” təmsilçilərimizin geyiminə İRAD

MƏDƏNİYYƏT

08 May 2023 | 14:17 | Müəllif: Qalib İbrahimoğlu

“Daha kreativ obraz yaratmaq olardı" - Stilistdən “Eurovision” təmsilçilərimizin geyiminə İRAD

Bir neçə gündür,  "Eurovision" 2023 təmsilçilərimiz Tural və Turan Bağmanovların geyim tərzi gündəm olub. Əksəriyyət hətta “təmsilçilərimiz “Eurovision”da döşək üzü geyinərək oxuyacaq” deyərək, onlarn bu geyimizə irad bildiriblər.

“Eurovision" təmsilçilərimizin geyim tərzindən danışan stilist Murad Vəliyev Bakıvaxtı.az-a bildirib ki, ümumilikdə obraz daha “fresh” və “cool” ola bilərdi. "Özüm “Eurovision”da stilist olaraq çalışmışam. Ümumilikdə bütün ölkənin obrazın feminiliyi haqqında danışmağı çox yersizdir. Çünki artıq 2023-cü ildə yaşayırıq və geyimlə bağlı yaranan bütün stillər əksəriyyətində artıq gender normalarını pozur. Artıq geyim əşyaları və aksesuarları dövrün tələbinə uyğun olaraq və genderə uyğun olaraq istifadə olunur”.

Karsetin çox yerində və düzgün bir addım olduğunu deyən stilist qeyd edib ki, bu, son illər dəbdədir. Onun sözlərin görə, ancaq ümumi obraza baxanda daha “cool” və “fresh” ola bilərdi. “Geyimləri ucuz görsənir. Bu da əlbəttə ki, büdcə ilə bağlı olan bir şeydir”.

M.Vəliyev qeyd edib ki, “Eurovision" təmsilçilərimiz üçün daha kreativ obraz yaratmaq olardı.

"Ümumilikdə isə iki əkizlərə belə oxsar geyimləri geyindirmək çox yersizdir. Köhnədir. Daha fərqli obrazlar və daha kreativ obrazlar olsaydı, daha mənalı olardı", - deyə Murad Vəliyev əlavə edib.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026