• Bakı 22° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

DART missiyası uğurla tamamlandı

CƏMİYYƏT

27 Sentyabr 2022 | 10:26

DART missiyası uğurla tamamlandı

Dünyanın nəfəsini tutaraq izlədiyi DART missiyası uğurla tamamlanıb.

Bakıvaxtı.az xəbər verir ki, 2021-ci ilin noyabrında orbitə buraxılan kosmik gəmi səyahətini tamamlayanda asteroidə dəyib və sürəti ilə trayektoriyasını dəyişməyə çalışıb. Təcrübə Yerdən 11 milyon kilometr uzaqlıqda yerləşən Dimorfos asteroidində aparılıb.

DART-dakı kamera 160 metr genişlikdəki Dimorfosa çırpılana qədər hər saniyə bir fotoşəkil göndərib. Fotoların çəkilməsi prosesi kosmik gəminin zərbə anında məhv edilməsindən sonra kəsilib. Eyni zamanda, DART vasitəsilə daşınan və bir neçə gün əvvəl kosmosa buraxılan İtaliya istehsalı olan 14 kiloqram ağırlığında LiciaCube nano peyki Dimorfosda kosmik gəminin yaratdığı kraterin şəklini çəkəcək. LiciaCube tərəfindən çəkilən fotolar yaxın günlərdə dünyaya çatacaq.

Mütəxəssislər səma araşdırmaları və statistik analizlər sayəsində Yerə düşsələr, bütün canlıları məhv edə biləcək asteroidlərin 95 faizinin aşkar edildiyini və heç bir təhlükə yaratmadıqlarını bildirirlər. Lakin bəşəriyyətə böyük təsir göstərə biləcək daha kiçik, lakin aşkar edilməmiş asteroidlər ola bilər. Əgər Dimorfos kimi asteroid Yerə dəysə, diametri 1 kilometr, dərinliyi yüzlərlə metr olan krater yarana bilər və zərbə kifayət qədər böyük olacaq.

Dörd ildən sonra Avropa Kosmik Agentliyinin üç kosmik gəmisi Hera adlı bir missiya ilə Didimos və Dimorfosda təqib tədqiqatları aparacaq. Asteroidin Yerə dəyməsi halında elm adamları mümkün fövqəladə planları müzakirə etdilər və bu obyekti dayandırmaq üçün nə edilə biləcəyinə dair planlar hazırladılar. Tədqiqatda iştirak edən komanda hipotetik asteroidin təsir ssenarisini “2021 PDC” adlandırıb. Bu ssenariyə görə, planetimizdən 56 milyon kilometr uzaqlıqda olan asteroid 6 ay ərzində Yerə çırpılır. Alimlər belə bir vəziyyətdə asteroidin böyük nüvə partlayışı effekti yaradacağı və dəhşətli nəticələrə səbəb olacağı barədə razılığa gəliblər.

Aytac Aslan


SON XƏBƏRLƏR

18 Aprel 2024