• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Daşkənddə MDB ölkələrinin antiterror təlimləri keçiriləcək

GÜNDƏM

03 Sentyabr 2024 | 09:50

Daşkənddə MDB ölkələrinin antiterror təlimləri keçiriləcək

Özbəkistanın paytaxtı Daşkənddə sentyabrın 4-5-də MDB ölkələrinin antiterror təlimləri keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli İnformasiya Agentliyi (UzA) məlumat yayıb.

Təlimlərin məqsədi mühüm infrastruktur obyektlərində və insanların sıx toplaşdığı yerlərdə terror aktlarının müəyyən edilməsi və qarşısının alınması üzrə birgə tədbirlərin həyata keçirilməsi zamanı səlahiyyətli orqanların fəaliyyətinin təkmilləşdirilməsidir.

Daşkənddə sentyabrın 4-5-də Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturunun elmi-praktik konfransı və MDB-nin terrorizm və ekstremizmə qarşı mübarizə üzrə konfransı keçiriləcək. Konfrans iştirakçıları qabaqcıl təcrübə mübadiləsi aparacaq, beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi üzrə tədbirlərin hazırlanmasını, yeni çağırışlar və təhlükəsizlik təhdidləri ilə bağlı vahid anlaşma və yanaşmaların formalaşdırılmasını müzakirə edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026