• Bakı 15° C

    1.74 m/s

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başa çatdı - YENİLƏNİB

SİYASƏT

31 Yanvar 2024 | 19:20 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başa çatdı - YENİLƏNİB

Yanvarın 31-də Azərbaycan ilə Ermənistan arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

 

18:37

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüş Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətləri arasında Qazaxda baş tutub.

Xatırladaq ki, son görüş 2023-cü ilin noyabrın 30-da sərhəddə baş tutmuşdu.

 

13:53

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, iclas Ermənistan-Azərbaycan sərhədində - Qazaxda keçirilir.

    Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan sərhədlərin delimitasiyasını müzakirə edir.

    Qeyd edək ki, tərəflər sonuncu dəfə ötən ilin 30 noyabr tarixində görüşüblər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Oktyabr 2026
    24 Oktyabr 2026