Rusiya müxalifətinin həbsxanada ölən lideri Aleksey Navalnı martın 1-də dəfn olunub.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Bild” yayıb.
Bildirilib ki, A.Navalnı Moskvanın Marino rayonunda dəfn edilib. Mərasim iştirakçıları “Aleksey! Aleksey!”, “Navalnıy!, Navalnıy!”, “Sən qorxmadın, biz də qorxmuruq!” şüarlarını söyləyiblər.
Aleksey Navalnı ilə vida mərasimində ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi, Almaniyanın səfiri Aleksandr Qraf Lambsdorf, Fransanın səfiri Pyer Levi və Avropa İttifaqına üzv başqa ölkələrin diplomatik nümayəndələri görünüb.
Qeyd edək ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında vəfat edib.
...
15:51
Fevralın 16-sı xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişən rusiyalı siyasətçi Aleksey Navalnı ilə vida mərasimi keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya mediasına istinadən xəbər verir ki, 47 yaşlı siyasətçinin cənazəsi mərasim üçün Maryinoda kilsəyə aparılıb.
Vida üçün əraziyə çox sayda insan toplaşıb. Navalnı vida mərasimindən sonra Moskvanın Borisov qəbiristanlığında torpağa tapşırılacaq.