• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Deputatdan vəzifəli şəxslərə İRAD: "Uşaq kimi küsürlər"

CƏMİYYƏT

31 Yanvar 2023 | 15:19

Deputatdan vəzifəli şəxslərə İRAD: Uşaq kimi küsürlər

“Vəzifəli şəxslər vəzifələrini düzgün yerinə yetirmir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “3D” verilişinə qonaq olan deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, bir çoxlarına söz deyirsən uşaq kimi küsür:

“Yaxşı olar ki, vəzifəli şəxslər işlərinə can yandırsınlar, məsuliyyətli olsunlar. Problem olan kimi hamı millət vəkilini qınayır. Çünki millət vəkili əlçatandır, hamı ona sözünü deyə bilir. Düzdür, mən və tanıdığım bir çox millət vəkili hansısa problem həll etmək üçün öz məvacibindən xərcləyir. Çünki sənə müraciət edənə ya dövlətin xətti ilə kömək etməlisən, ya da bu cür alınmırsa, məcbursan öz cibindən verməlisən”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR