"Qalatasaray" növbəti transferini həyata keçirib.
Bakıvaxtı.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Brentford"dan Halil Dervişoğlunu yenidən icarəyə götürüb. Türkiyə millisinin üzvü 2021/2022 mövsümündə də "Cim-Bom"da çıxış edəcək.
Qeyd edək ki, H.Dervişoğlu 2020/2021 mövsümünün ikinci hissəsindən "Qalatasaray"da icarə əsasında oynayıb. O, yarım mövsümdə meydana çıxdığı 12 matçda 3 qol vurub, 2 qolun ötürməsini verib.
















